- Baxış sayı: 62
- 13 Noyabr 2026 13:26
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Serbiyanın paytaxtı Belqradda keçirilən boks üzrə dünya çempionatında ən ağır çəkili boksçumuz Məhəmməd Abdullayevin yarımfinalda rəqibi müəyyənləşib.
Allsport.az xəbər verir ki, 92 kq-dan yuxarı çəkidə mübarizə aparan Məhəmməd Abdullayev sabah finala çıxmaq üçün Davit Çaloyanla (Ermənistan) qarşılaşacaq.
Sabah daha 2 boksçumuz yarımfinal görüşünə çıxacaq. Loren Alfonso Dominqes (-86 kq) həmyerlisi Ruis Kordoba (Kuba) ilə, Sərxan Əliyev (-71 kq) isə Yuri Zaxariyevlə (Ukrayna) rinqə çıxacaq.