Bolqarıstanlı nazirin Bakı səfəri davam edir

Azərbaycanda səfərdə olan Bolqarıstanın gənclər və idman naziri Dimitar İliev Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının (ASAPES) qonağı olub.

Allsport.az xəbər verir ki, akademiyanın rektoru Fuad Hacıyev qonağı ASAPES-in elmi-tədris laboratoriyası və multimedia mərkəzi ilə tanış edərək hər iki mərkəzin fəaliyyət istiqaməti və görülən işlər barədə məlumatlandırıb.

Sonra qonaq Azərbaycan avtomobil federasiyasında olub. Federasiya ilə tanışlıq zamanı buradakı şərait, qarşıda duran işlər barədə mütəxəssislərlə fikir mübadiləsi aparıb, klassik sərgiylə tanış olublar.

Ardınca Bakı tennis akademiyasının fəaliyyəti ilə tanış olan Dimitar İliev burada mütəxəssislərlə görüşüb. Federasiyanın fəaliyyəti, akademiyada fəaliyyət göstərən tennis və padel tennis kortları, infrastruktur imkanları, gənclərin tennisə marağının artması üçün keçirilən layihələr barədə qonağa məlumat verilib. Həmçinin Bakı atıcılıq mərkəzinə də baxış keçirilib.

Günün sonunda isə gənclər və idman naziri Fərid Qayıbov və Bolqarıstanın gənclər və idman naziri Dimitar İliev Avropa liqasının qrup mərhələsi çərçivəsində Tofiq Bəhramov adına respublika stadionunda keçirilən “Qarabağ” – “Hekken” oyununu izləyiblər.

Həmin kateqoriyadan