“Boz ev” Ağabala Ramazanovun sarı vərəqəsini ləğv etməyib

Məlum olduğu kimi, AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, premyer liqanın 18-ci turunda “Qarabağ”ın səfərdə “Kəpəz”lə baş tutan matçın 86-cı dəqiqəsində qonaq futbolçu Ağabala Ramazanov sarı vərəqə ilə cəzalandırılıb.

“Qarabağ” klubu bu sarı vərəqəni haqsız sayaraq, matçın protokolunda öz etirazımızı bildirib. Lakin intizam komitəsi bu etirazları qəbul etməyərək, hakim qərarını qüvvədə saxlayıb. Ağabala Ramazanov vərəqə həddini dolduraraq cəzalı duruma düşüb və 19-cu turda “Qəbələ” ilə səfər matçını buraxmalı olacaq.

 

Həmin kateqoriyadan