- Baxış sayı: 34
- 29 Sentyabr 2026 23:54
- Baxış sayı: 89
- Sentyabr 29, 2026
- 0

PSJ-dən ayrıldıqdan sonra klubsuz qalan Renatu Sançeş karyerasını Braziliyada davam etdirə bilər.
Allsport.az xəbər verir ki, “Korintians” portuqaliyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
“A” seriyası təmsilçisi azad agent statusunda olan Sançeşlə rəsmi danışıqlara başlayıb. 29 yaşlı futbolçunun “Korintians”a keçmək ehtimalı yüksək qiymətləndirilir.
PSJ Renatu Sançeşi 2022-ci ilin yayında “Lill”dən 15 milyon avroya transfer etmişdi. Portuqaliya millisinin sabiq üzvü 2025/26 mövsümündə icarə əsasında “Panatinaikos”da çıxış edib.