BŞGİBİ-nin rəisi peşəkar boksçumuzun qələbəsini yüksək qiymətləndirdi

Moskvada “Vegas City Hall”da Rusiya gənclər və idman nazirliyi, bu ölkənin peşəkar boks federasiyası və WTKF tərəfindən “İyun fırtınası” adlı beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, ölkəmizi adı çəkilən tədbirdə Fuad Tarverdi təmsil edib. Bu, boksçumuzun ilk peşəkar döyüşü olub.

İlk öncə rəqib erməni Armen Arutyunov olsa da, o, yarışdan bir-neçə gün qabar döyüşdən imtina edib. Sonra təyin olunan 2-ci opponent – Ermənistanı təmsil edən Qriqori Arutyunyan da həmyerlimizlə görüşə çıxmayıb. Nəticədə, boksçumuz qırğızıstanlı Saymik Məmmədəliyevlə qarşılaşıb və parlaq qələbə qazanıb – 3-cü raundda nokautla sevinən tərəf olub.

Fuad Tarverdi rinqə şəhid Xudayar Yusifzadənin ifa etdiyi “Dastana döndü” musiqisi ilə daxil olub və sonda uğurunu şəhid və qazilərimizə həsr edib.

İdmançımızın qələbəsi Vətəndə hərarətlə qarşılanıb. Bu münasibətlə Bakı şəhər gənclər və idman baş idarəsində görüş keçirilib. İdarənin rəisi Raqif Abbasov boksçumuzu təbrik edib, onun uğurunu yüksək qiymətləndirib.

Həmin kateqoriyadan