Bu dəfə tərbiyəsizlik Roman Qriqorçukdan gəldi – “Qəbələ”nin baş məşqçi texniki zonadan qovuldu

“Qəbələ”nin baş məşqçi Roman Qriqorçuk yenə texniki zonadan qovulub. Allsport.az saytı xəbər verir ki, bu dəfə hadisə Avropa liqasının qrup mərhələsində deyil, ölkə çempionatında baş verib. Bu gün Premyer liqanın 11-ci turunda Bakıda AzAl klubu ilə qarşılaşan “qara-qırmızılar”, hazırda ilk hissədə autsayderin qapısına yol tapa bilməyiblər.

Meydan sahiblərinin futbolçusu Kamal Mirzəyev rəqib Filip Ozobiçə qarşı kobud oynayıb. Ukraynalı mütəxəssis baş hakim İnqilab Məmmədovdan ona qırmızı vərəqə göstərilməsini tələb edib. Amma referi sarı vərəqə ilə kifayətlənib. Bu, Roman Qriqorçuk qane etməyib və o, daha da çılğınlaşaraq qeyri-etik ifadələr işlədib.  Belədə, İnqilab Məmmədov “Qəbələ”nin baş məşqçini tribunaya göndərib.

Xatırladaq ki, bu komandada nizan-intizam lazımı səviyyədə deyil. Ötən ilin yayında Kipr “Apollon”u ilə səfərdə avrokubok matçında Cavid Hüseynov, bu mövsüm, sentyabrda, “ay-ulduzlular”ımızın rəqib meydanda San-Marino millisi ilə görüşündə “Qəbələ”nin futbolçusu Məhəmməd Mirzəbəyov meydanda biədəb əl hərəkətləri göstərmişdilər.

Həmin kateqoriyadan