Bu gün “Böyük ipək yolu” başlayır

Bu gün boksçuların “Böyük ipək yolu” beynəlxalq turnirinə start veriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda ev sahibləri ilə yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Mərakeş, İraq, Türkiyə, Türkmənistan və Gürcüstan komandaları iştirak edəcəklər. 117 rinq ustasının gücünü yoxlayacağı mübarizənin final görüşləri aprelin 1-də olacaq.

Azərbaycan yığması yarışa geniş tərkibli heyətlə qatılacaq. Komandamızın baş məşqçisi Vaqif Şirinov turnirdə 34 boksçunu sınaqdan keçirəcək. Milli komandadan başqa, ölkəmizin 4 klubunun (“Sədərək” İK, DİN İC, “Qəbələ” İK, “Neftçi” İK) 6 üzvü də medallar uğrunda mübarizə aparacaq:

49 kq. 
Yadigar Əliyev, Orxan Süleymanov
52 kq. Məsud Yusifzadə, Elvin Məmişzadə, Qoşqar Səfərli, Mirmehdi Mehdizadə
56 kq. Tayfur Əliyev, Ümid Rüstəmov, Fuad Tarıverdiyev
60 kq. Cavid Çələbiyev, Sərxan Əliyev, Ruslan Rüstəmov, Nurlan Səfərov
64 kq. Bəxtiyar Qazıbəyov, Fuad Ağamoğlanov, Elnur Əliyev, Nəbi İsgəndərov
69 kq. Elnur Süleymanov, Nicat Həsənov, Lorenso Sotomayor, Rahil Yaqubzadə
75 kq. Kamran Şahsuvarlı, Amin Kuşkov, Rasim Çobanlı, İsmayıl Hüseynov
81 kq. Rauf Rəhimov, Alfonso Dominqes, Cəbrayıl Yelekov
91 kq. Rövşən Yaqubzadə, Rahil Məmmədli, İsmayıl Yaqubov, Surət Qarayev
+91 kq. Sadiq Səmədov, Mətin Mehrəliyev

Qeyd edək ki, döyüşlər 15:00-da başlayacaq.

Həmin kateqoriyadan