Bu gün “Buta Saray”da ilə yekun vuruldu

Gənclər və İdman Nazirliyi yola saldığımız ildə fərqlənən idmançılara, məşqçilərə və komandalara mükafatlar təqdim edib. Allsport.az saytı AzərTAc-a istinadən xəbər verir ki, bu gün “Buta Palas”da keçirilən mərasimdə Azərbaycanın dövlət himni səsləndirildikdən sonra cari ildə ölkəmizdə keçirilən beynəlxalq turnirlər, idmançılarımızın uğurları barədə videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov yola saldığımız ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu söyləyib. O qeyd edib ki, Azərbaycan idmançıları il ərzində müxtəlif beynəlxalq turnirlərdə ümumilikdə 805, o cümlədən 275 qızıl, 255 gümüş, 275 bürünc medal qazanıblar. Azad Rəhimov dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Azərbaycanın artıq idman ölkəsinə çevrildiyini bildirib. Gələn il Bakıda birinci Avropa Oyunlarının keçiriləcəyini diqqətə çatdıran nazir bu istiqamətdə görülən işlərdən danışıb, respublikamızın mötəbərə yarışa yüksək səviyyədə ev sahibliyi etmək üçün ciddi hazırlaşdığını vurğulayıb.
İdman jurnalistləri arasında keçirilən sorğu nəticəsində “2014-cü ilin idman xadimi” seçilən Azad Rəhimova mərasimdə mükafat təqdim edilib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə əvvəlki illər kimi, 2014-cü ilin də Azərbaycan idmanı üçün mühüm uğurlarla yadda qaldığını qeyd edib. Azərbaycanın artıq dünyada idman ölkəsi kimi tanındığını vurğulayan Ç.Hüseynzadə cari ildə ölkəmizdə mötəbər yarışların və beynəlxalq idman qurumlarının toplantılarının yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb.
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev isə çıxışında dövlətimizin başçısı İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Sonra mükafatlandırma olub.

Voleybol üzrə Azərbaycan millisi ilin ən yaxşı yığma, “Qarabağ” futbol klubu isə ilin ən yaxşı futbol komandaları elan olunub. Daha sonra sərbəst güləşçilər Hacı Əliyev və Xetaq Qazyumov, qadın güləşçi Mariya Stadnik, boksçu Yelena Vıstropova, kikboksçu Eduard Məmmədov, gimnast Mariya Durunda, taekvondoçu Radik İsayev, karateçi Fərid Mayılov, yunan-Roma güləşçisi Rəsul Cunayev, cüdoçu Elmar Qasımov mükafatlandırılıblar.
Mərasimdə ilin ən yaxşı məşqçilərinə də mükafatlar verilib. Tədbir konsert proqramı ilə davam edib.

134364_10152962979603669_2124440630707690657_o 1507630_10152962980423669_5159317873711111784_n 1513663_10152962980413669_8048688396015312682_n 1743684_10152962980428669_2779115503505875655_n 1896734_10152962979613669_5546108498524825535_n 10341624_10152962979573669_8134318040021485479_n 10423889_10152962979608669_7535231540511331969_n 10452359_10152962980308669_936044520221898577_n 10462420_10152962980453669_835816744117680235_n 10488039_10152962980478669_2928527727810313872_n 10491141_10152962979593669_7724707567550593727_n 10492465_10152962979963669_290598907869524290_n 10599341_10152962979623669_4978939870591783108_n 10645062_10152962979598669_8617295608821979615_n 10845742_10152962979558669_1452260120443121456_o 10857923_10152962980408669_6375378577518525633_n 10858458_10152962980438669_8889894300057148168_n 10868010_10152962980503669_5379540105125884827_n 10882122_10152962980448669_974260040179051924_n 10885076_10152962979583669_8621387877877878720_n

Həmin kateqoriyadan