Bu gün daha 3 boksçumuz mübarizəyə başlayır

Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı davam edir. 

Allsport.az xəbər verir ki, bu gün Azərbaycan millisinin daha 3 üzvü mundialda ilk görüşünü keçirəcək.

Məsud Yusifzadə (51 kq) Enxmandağ Xarxuu (Monqolustan), Malik Həsənov (63,5 kq) Xuan Reyes Donis (Qvatemala), Rauf Rəhimov (92 kq) isə Luis Uilliamsla (İngiltərə) üz-üzə gələcək. Yusifzadə 1/16, digər təmsilçilərimiz 1/32 final çərçivəsində döyüşəcək. 

Noyabrın 6-da başa çatacaq dünya çempionatına Azərbaycan yığması 9 boksçu ilə yollanıb. İlk gündə mübarizəyə qoşulan milli üzvü Ümid Rüstəmov Kuba boksçusuna məğlub olaraq yarışla vidalaşıb.

Həmin kateqoriyadan