Bu gün “qartallar” Antalyada son məşqinə çıxıb

“Zirə” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını başa vurub. Allsport.az saytı xəbər verir ki, bu gün səhər komandamız qardaş ölkədə son məşqinə çıxıb.

Dünən yoxlama oyunu keçirildiyi üçün, bu günkü məşq bərpa xarakteri daşıyırdı. Baş məşqçi Ayxan Abbasov futbolçuları “Lokomotiv”lə oyunda forma geydikləri zamana görə iki qrupa ayırmışdı.

Türkiyədə iki yoxlama oyunu keçirən “qartallar” bu axşam Vətənə dönəcək.

Həmin kateqoriyadan