“Bu, karyeramın ən kədərli günüdür”

“Bu, karyeramın ən kədərli günüdür”

Lionel Messi Beninlə 3:0 hesabı ilə başa çatan yoldaşlıq görüşündən sonra milli komanda ilə vidalaşıb.

Allsport.az xəbər verir ki, 39 yaşlı hücumçu Argentina millisindəki son oyunundan sonra azarkeşlərə müraciət edib:

“Bu formanı 20 ildən çox geyinmək mənim üçün böyük şərəf idi. Ən çətin anlarda belə mübarizəni dayandırmadım və hər şeyimi verdim. Argentina millisində oynamaq həyatda başına gələ biləcək ən gözəl şeydir.

Millidə oynamaq üçün çox darıxacağam. Bu gün karyeramın ən kədərli günüdür, çünki milli komanda və sizinlə vidalaşıram. Amma bundan sonra tribunada sizinlə birlikdə bu komandanı dəstəkləyəcəyəm. Sizi sevirəm və hər şey üçün minnətdaram”.

Qeyd edək ki, Messi Beninlə oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan