“Bu mərhələ həmişə çətinliyi ilə fərqlənib”

“Azərbaycan birinciliyinə çox yaxşı hazırlaşmışdım. 3 ay öncədən yarış üçün məşqlərə başlamışdım. Çox yaxşı təlim-məşq toplanışı keçdim və gözlədiyim nəticəni də qazandım”. Allsport.az saytı xəbər verir ki, bunu gənc boksçular arasında ölkə çempionu Fətəli İsmayılov (86 kq) deyib.

17 yaşlı idmançı qələbəsini belə şərh edib: “Həlledici qarşılaşma Elay Səmədovla keçdi. Düzdür, vaxtından əvvəl qalib gəldim, birinci raundda döyüşü aktivimə yazdım. Bu asan tərəfidir. Amma final görüşü idi. Bu mərhələ həmişə çətinliyi ilə fərqlənib. Birinciliyin ən yaxşısı seçilməyimə gəlincə, bu, sürpriz olmadı. Yarışa yaxşı hazırlaşdığım üçün bunu gözləyirdim”.

Həmin kateqoriyadan