Bu ölkə çempionatı mövsümünün 150-ci qolunu Əfran İsmayılov vurub

Premyer liqada mövsümün yubiley qolu vurulub. Allsport.az saytı xəbər verir ki, 17-ci turun “Qarabağ” – “Zirə” görüşündə qeydə alınan ilk top mövsümdə 150-ci olub. Burada Ağdam klubunun futbolçusu Əfran İsmayılov fərqlənib. Belə ki, bu turadək 147 vurulmuşdu. Turun ilk gününün 3-cü qolu mövsümdə 150-ci kimi tarixə düşüb.

Xatırladaq ki, çempionatın 1-ci qolunu 2016-cı il avqustun 6-da keçirilən AzAL – “Neftçi” oyununun (0:2) 60-cı dəqiqəsində qonaqların futbolçusu Elvin Bədəlov vurub. 50-ci qol isə “Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin hesabındadır.

O, V turun sentyabrın 19-da keçirilən “Zirə” ilə matçının (2:0) 20-ci dəqiqəsində fərqlənib. 100-cü qol isə 10-cu turun oktyabrın 30-da baş tutan “İnter” – “Sumqayıt” (3:1) görüşünə təsadüf edib. Nizami Hacıyevin 80-ci dəqiqədəki qolu yubiley xarakteri daşıyıb.

Həmin kateqoriyadan