Budaq Nəsirov “Sportinq”də ilk oyununa çıxıb

Portuqaliya 2-ci liqasında (Sequnda liqa) 3-cü turun matçları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun oynadığı “Sportinq B” doğma meydanda “Fafe” ilə qarşılaşıb.

Görüş “aslanlar”ın məğlubiyyəti ilə bitib – 2:4. İlk iki turda meydana çıxmayan futbolçumuz nəhayət, bu oyunda yeni klubunda debüt edib. O, 82-ci dəqiqədə meydana çıxıb.

3 turdan sonra “Sportinq” 3 xalla 22 komanda arasında 15-ci pillədədir.

Həmin kateqoriyadan