“Bursaspor”un hücumçusu: Azərbaycan millisi ilə dünya çempionatına qatılacağıma inanıram

Türkiyənin “Bursaspor” klubunun hücumçusu Dəniz Yılmaz Azərbaycan yığmasına ilk dəfə dəvət almasına münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, Dünya Kuboku-2018-in seçmə mərhələsində Şimali İrlandiya millisinə qarşı oynamaq şansı qazanan futbolçu, qardaş ölkənin KİV-inə açıqlamasında bunu söyləyib:

“Türkiyə seçmə komandasında oynamaq nəsib olmadı. Artıq yeni bir həyəcana başlayıram. Türkiyə millisi kimi 100 faizlik bir həyəcan hiss etmirəm. Ancaq çox sevinirəm. Yeni bir atmosferə girirəm. Çox xoşbəxtəm.

Həyəcanla gözləyirəm. Türkiyə millisi mənə qismət deyilmiş. Artıq Azərbaycana köklənirəm. Əlimdən gələni edəcəyəm. Sona qədər mübarizə aparacağam. Ümid edirəm ki, dünya çempionatına qatılacağıq”.

Həmin kateqoriyadan