Buzovna idman zalında tədbir

Milli idman növləri assosiasiyasının dəstəyi, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyi və “Sağlam həyatın təbliği” ictimai birliyinin birgə tədbiri keçirilib.

Allsport.az saytı xəbər verir ki, məqsəd rayonda idman kütləviliyinin artırılması və gənclərin asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.

Buzovna idman zalında təşkil olunmuş yarışda Xəzər rayonunun yeniyetmələri iştirak ediblər.

Tədbirdə iştirak edən yeniyetmələrə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.

Həmin kateqoriyadan