- Baxış sayı: 44
- 10 Avqust 2026 19:49
- Baxış sayı: 224
- Avqust 12, 2026
- 0

“Cənub”lu boksçular qarşıdakı yarışlara hazırlaşırlar. İdman klubunun prezidenti Nurlan Əliyev allsport.az saytına verdiyi açıqlamada deyib ki, 19 yaşlı Sürət Qarayevə (91 kq) ümidlər böyükdür:
“Gənclər arasında klubların yarışda təmsilçilərimiz fərqləndilər. Ayın 18-də bizi növbəti turnir gözləyir. Boksçularımız baş məşqçisi Samir Həsənov rəhbərliyi ilə yüksət ovqatda hazırlaşırlar.
Sonra noyabrın 25-də ölkə çempionatı başlayacaq. Orada klubun gənc üzvü Sürət Qarayevdən çox şey gözləyirik. “Cənub”un kikboksçuları və karateçilərini də qarşıda ciddi yarışlar gözləyir”.