- Baxış sayı: 51
- 22 Noyabr 2026 20:22
- Baxış sayı: 636
- Noyabr 20, 2026
- 0

“Fənərbaxça”nın futbolçusu Matteo Genduzi UEFA intizam komitəsinin qərarına etdiyi apellyasiyadan sonra cəzasını azaldıb.
Allsport.az xəbər verir ki, İstanbul təmsilçisinin etirazı təmin olunub.
Fransalı yarımmüdafiəçinin 4 oyunluq cəzası 3 matça endirilib. Bu cəzanın 2 oyunu birillik sınaq müddəti olmaqla təxirə salınıb.
Sentyabrın 10-da “Roma” ilə görüşü cəza səbəbindən buraxan Genduzi oktyabrın 14-də “Aston Villa”ya qarşı keçiriləcək matçda iştirak edə biləcək.