«Caciques Venezuela»nın baş meneceri: 24 saat yolçuluğumuza rəğmək, yorulmamışıq

«Bakı gözəl şəhərdir. Burada ilk Avropa Oyunlarının keçiriləcəyindən xəbərimiz var. Qubada bizi yaxşı qarşıladılar. Yerli camaat çox qonaqpərvərdir».

Allsport.az saytı xəbər verir ki, Quba Olimpiya Kompleksində WSB-nin 9-cu turunda təşkil olunacaq «Baku Fires»  – «Caciques Venezuela» görüşü ilə bağlı bu gün təşkil olunun mətbuat konfransında rəqibin baş meneceri Lazano Fernandes dedi. Mütəxəssis, uzun yolçuluğa rəğmən, komandanın yorğun olmamasını bildirdi:

«Buraya Karakas-Roma-İstanbul-Bakı reysi ilə gəlmişik. 24 saat yol qət etdiyimizə baxmayaraq, boksçularda yorğunluq əlaməti görmədim. Çünki bizim heyət gəncdir. Sabah yüksək səviyyəli döyüşlərə şahidlik edəcəyik».

Xatırladaq ki, Ümumdünya Boks Seriyasının 9-cu turunda «Baku Fires» – «Caciques Venezuela» görüşü martın 14-də saat 19:00-da Quba Olimpiya Kompleksində keçiriləcək.

Həmin kateqoriyadan