Çalhanoğlu üçün premyer liqa şansı

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu İngiltərə premyer liqasına keçə bilər.

Allsport.az xəbər verir ki, 29 yaşlı futbolçu “Çelsi”nin əsas transfer hədəfləri siyahısındadır. London klubu həqiqətən də Çalhanoğlunu öz sıralarında görmək istəyir, baxmayaraq ki, “İnter” futbolçunu saxlamaqda qərarlıdır.

Onun Milan klubu ilə hazırkı müqaviləsi 2026/2027 mövsümünün sonuna kimidir. Nüfuzlu “Transfermarkt” portalının mütəxəssisləri futbolçunu 40 milyon avro dəyərində qiymətləndirirlər.

Həmin kateqoriyadan