- Baxış sayı: 34
- 03 Noyabr 2026 15:50
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu açıqlama verib.
Allsport.az xəbər verir ki, türkiyə futbolçu cari mövsümdəki hədəflərindən danışıb:
“Hər şeyi qazanacağımıza ümid edirik. Təbii ki, “İnter”i ən yaxşı şəkildə təmsil etməyə çalışırıq, üzərimizə böyük məsuliyyət düşür.
İtaliyada artıq mümkün olan bütün titulları qazanmışam. Məqsədim çempionlar liqasıdır. İki il əvvəl finalda uduzduğumuzu nəzərə alsaq, arzum oraya qayıtmaq və onu qazanmaq. Bundan sonra bəlkə də “Qızıl top”u da qazana bilərəm”.
Çalhanoğlu cari mövsüm ərzində meydana çıxdığı 32 matçda 9 qol vurub və 4 məhsuldar ötürmə edib.