Casusluq qalmaqalında qərar

Casusluq qalmaqalında qərar

İngiltərənin “Sauthempton” klubunun baş məşqçisi Tonda Ekert rəqib komandaların qapalı məşqlərini gizlin izləmə qalmaqalında ağır cəzadan qurtulub.

Allsport.az xəbər verir ki, sentyabrın 24-də keçirilən dinləmələrdən sonra müstəqil nizamnamə komissiyası mütəxəssisə 2027/2028 mövsümünün sonunadək şərti olaraq 6 həftəlik futbol fəaliyyətindən kənarlaşdırma, 28 min funt-sterlinq məbləğində cərimə və rəsmi töhmət cəzası kəsib.

Sözügedən qalmaqal keçən mövsüm Çempionşipin pley-off mərhələsinin ilk yarımfinal oyunu ərəfəsində “Sauthempton”un təcrübəçi analitikinin “Midlsbro”nun qapalı məşqini videoya çəkəndə tutulmasına görə yaranıb.

Daha sonra klub “Oksford Yunayted” və “İpsviç Taun” komandalarının da məşqlərinin gizlin izləndiyini etiraf edib. İngiltərə futbol liqası bu addımı vicdanlılıq prinsiplərinin planlı pozulması kimi dəyərləndirərək “Sauthempton”u pley-offun finalından kənarlaşdırıb və cari mövsümün startında 4 xalını silib.

Mövsümə 4 xallıq cərimə ilə başlayan “Sauthempton” hazırda Çempionşipdə 10 xalla 13-cü pillədə qərarlaşıb. yetirmələri növbəti matçını oktyabrın 11-də “Portsmut”a qarşı keçirəcək.

Həmin kateqoriyadan