Cavadov 90 dəqiqə oynadı, komandası Cihanın klubuna uduzdu

Türkiyə kubokunda 4-cü turun oyunları keçirilir. Allsport.az xəbər verir ki, Azərbaycan millisinin üzvləri Ufuq Budaqla Vaqif Cavadovun çıxış etdiyi “Qaziantəp BB” doğma meydanda millimizin digər hücumçusu Cihan Özqaranın forma geydiyi “Sivasspor”u qəbul edib.

Qarşılaşma Super Liqa təmsilçisi olan sivaslıların 2:1 hesablı qələbəsiylə başa çatıb. Budaq və Cihan matçın iştirak ərizəsində yer almayıblar. Cavadov isə 90 dəqiqə oynasa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Qeyd edək ki, “Sivasspor” hazırda 6 xalla qrupda ikinci, “Qaziantəp BB” isə 1 xalla sonuncudur.

Həmin kateqoriyadan