- Baxış sayı: 39
- 01 Oktyabr 2026 23:53
- Baxış sayı: 92
- Oktyabr 01, 2026
- 0

Türkiyə futbol federasiyası (TFF) ölkə futbolunu sarsıdan genişmiqyaslı mərc araşdırmasını yekunlaşdırıb.
Allsport.az xəbər verir ki, federasiya 2026/27 mövsümündə superliqa və 1-ci liqada mübarizə aparan klublarda son 5 il ərzində rəhbər vəzifədə çalışmış 448 şəxsin adını peşəkar futbol intizam komitəsinə təqdim edib. Həmin funksionerlərin göstərilən dövrdə mərc oyunlarında iştirak etdiyi sübuta yetirilib.
Siyahıda Türkiyə futbolunda “dörd böyüklər” hesab olunan “Trabzonspor”, “Beşikdaş”, “Qalatasaray” və “Fənərbağça”dan ümumilikdə 31 rəhbər şəxsin adı yer alır.
Futbol intizam təlimatının 57-ci maddəsinə əsasən, mərc qaydalarını pozan rəhbər şəxsləri 3 aydan 1 ilə qədər futbol fəaliyyətindən kənarlaşdırma və ya adekvat digər cəzalar gözləyir.