- Baxış sayı: 103
- 01 May 2026 12:03
- Baxış sayı: 121
- May 04, 2026
- 0
Futbol üzrə Türkiyə Kubokunda 3-cü turun oyunları keçirilir. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçuları – Vaqif Cavadovla Ufuq Budaqın komandası “Qaziantep BB” səfərdə millimizin digər üzvü Cihan Özqaranın “Sivasspor”unun qonağı olub.
Görüş sivaslıların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Cihan yeni baş məşqçisi Sərgən Yalçınla ilk matçında darmadağına sevinən sivaslıların iştirak ərizəsində yer almayıb. Start heyətdə meydana çıxan Vaqif 86-cı dəqiqədə əvəzlənib. Ufuk isə bu görüşün iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, “Sivasspor” hazırda 3 xalla qrup üçüncüsü, “Qaziantep BB” isə 1 xalla sonuncudur.