Çexlər Bakıya bu heyətlə gəlir

Çex Respublikası komandasının DÇ-2018-in seçmə mərhələsində Azərbaycan və San Marino yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Karel Yarolim oktyabrda keçiriləcək oyunlara 23 futbolçu dəvət edib. Rəqib ayın 5-də Bakı olimpiya stadionunda millimizin qonağı olacaq:

Qapıçılar: Tomaş Kubek (“Renn”, Fransa), Yiri Pavlenka (“Bazel”, İsveçrə) Tomaş Vatslik (“Verder”, Almaniya);

Müdafiəçilər: Yan Boril (“Slaviya”), Teodor Gebre-Selassie (“Verder”, Almaniya), Pavel Kaderabek (“Hoffenhaym”, Almaniya), Filip Novak (“Midtyulland”, Danimarka), Tomaş Kalas (“Fulhem”, İngiltərə), Marek Suşi (“Bazel”, İsveçrə), Yakub Brabets (“Genk”, Belçika), Mixael Lüftner (“Kopenhagen”, Danimarka);

Yarımmüdafiəçilər: Şimon Falta (“Siqma Olomuts”), Vladimir Darida (“Herta”, Almaniya), Borek Dokal (“Henan Szyane”, Çin), Yan Kopiç (“Viktoriya”), Tomaş Suşek (“Slaviya), Antonin Barak (“Udineze”, İtaliya), Yaromir Zmrhal (“Slaviya”), Yakub Yankto (“Udineze”, İtaliya), Yozef Quşbauer (“Slaviya”);

Hücumçular: Yan Kliment (“Bröndbü”, Danimarka), Mixal Krmençik (“Viktoriya”), Milan Şkoda (“Slaviya”).

Həmin kateqoriyadan