Ceyhun Sultanov “Neftçi”nin idman direktoru təyin olunub

Ceyhun Sultanov “Neftçi”nin idman direktoru təyin olunub

“Neftçi”də yeni təyinat olub. Ceyhun Sultanov klubun idman direktoru vəzifəsinə təyin edilib.

Allsport.az saytı xəbər verir ki,  1997/1998 mövsümündə “Neftçi”də çıxış edən və 23 oyunda 6 qol vuran futbolçu, “Fərid” (1996-1997), “Dinamo” (1998-2001), “Maşinsazi” (Təbriz, 2003-2004), “Bakı” (2004-2007), “Xəzər Lənkəran” (2007-2010), “Kəpəz” (2010-2012), “Sumqayıt” (2012), “Qəbələ” (2013) klublarında da oynayıb.

O, Azərbaycan çempionatının (2006) və kubokunun (2005, 2008) qalibidir. U-21 yığmamızın kapitanı olmuş Sultanov 1998-2007-ci illərdə Azərbaycan milli komandasının heyətində 16 oyun keçirib, 1 qol vurub.

38 yaşlı mütəxəssis “Bakı”da seleksiyaçı məşqçi (2013-2014), “Sumqayıt”da baş menecer (2014-2018) vəzifələrini yerinə yetirib.

Həmin kateqoriyadan