- Baxış sayı: 49
- 08 Noyabr 2026 23:01
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Söz-söhbətlərə inanmıram. Biz baş məşqçini dəyişmək istəmirik. Hələlik, Elxan Abdullayevdən razıyıq. O, işinin başındadır”. Allsport.az saytı xəbər verir ki, bunu “Neftçi” klubunun müşahidə şurasının sədri Çingiz Abdullayev dedi.
Onun bildirdiyinə görə, komanda gələn mövsüm medallara iddialılardan olacaq: “Deyə bilmərəm ki, uğursuz çıxış etmişik.
Düzdür, uduzduğumuz oyunlar da olub. İlk yarıda kifayət qədər xallar itirmişik. Düşünürük ki, gələn mövsümdən komanda ilk iki yer uğrunda mübarizə aparmalıdır”.