Çixradze: “Həmin epizodla bağlı konkret danışmaq çətindir, amma məncə, qol idi”

“Simurq”un baş məşqçisi Georgi Çixradze Azərbaycan Kubokunun yarımfinal çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu şərh edib. Allsport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan (ilk oyun 0:1) sonra bunları söyləyib:

“Kubok oyunları həmişə gərgin olur. Biz “Qarabağ”la iki çətin matç oynadıq. İlk oyunda 0:1 hesabı ilə məğlub olduq. Əgər ilk oyunda qol vursaydıq, bu gün daha rahat mübarizə apara bilərdik. İlk oyundakı hesab bizə açıq futbol sərgiləməyə imkanı vermirdi. Düzdür, futbolçumuz topu qapıdan keçirdi. Amma həmin epizodla bağlı konkret danışmaq çətindir. Epizoda baxmaq lazımdır. İlk baxışdan, məncə, qola daha çox oxşayır. Lakin təkrar baxmaq lazımdır. “Qarabağ” komandasını isə finala adlaması münasibəti ilə təbrik edirəm”.

Həmin kateqoriyadan