“Dəniz küləyi”ndə ilk dəfə boks üzrə çempionlar gecəsi!

İyulun 10-da Bakıda İBA-nın yarışda dünyanın güclü rinq ustalarının iştirakı ilə 6 döyüş keçiriləcək. Allsport.az saytı xəbər verir ki, möhtəşəm tədbir saat 19:00-da başlayacaq. Bu görüşlərin 5-də Azərbaycan idmançıları təmsil olunacaqlar:

47,6 kq-da dünya çempionu Sübhan Mamedov filippinli Riçard Qardla üz-üzə gələcək. Dünya çempionatının mükafatçıları Sərxan Əliyevlə (70 kq) Səidcəmşid Cəfərov (72,6 kq) müvafiq olaraq, Nurda. Acbənov (Qazaxıstan) və Nikolay Veselov (Belarus) ilə qarşılaşacaqlar.

Avropa Oyunlarının üçüncüsü Tayfur Əliyev (60 kq) Xurşudbəy Rəsulcanovla (Özbəkistan), dünya kubokunun yarımfinalçısı Nəbi İsgəndərov (70 kq) Hikmət Qarayevlə (Rusiya) gücünü yoxlayacaq. Boksçularımızın hər birinin döyüşü 6 raunddan ibarət olacaq.

Digər görüşdə isə Çeyerav Aşalayevlə (Rusiya, 76,2 kq) Mixail Dolqolevets (Belarus) münasibətinə aydınlıq gətirəcək. Bu qarşılaşma 8 raund davam edəcək.

Həmin kateqoriyadan