Dəniz Yılmaz: Oynamaq istəyirəm

Türkiyənin “Bursaspor” klubunun hücumçusu Dəniz Yılmaz zədədən sonra meydana çıxmaq ehtimalından danışıb. Allsport.az saytı xəbər verir ki, futbolçu yaxın gələcəklə bağlı bunu söyləyib:

“Bu ay meydana çıxıb-çıxmayacağımı dəqiq deyə bilmərəm. “Fənərbağça”, “Kayserispor” və “Qsımpaşa” ilə görüşlərdə iştirakım sual altındadır. Çünki hərdən ayağımdakı ağrılar artır. Oynamağı çox istəyirəm, amma zədəm hələ imkan vermir”.

Xatırladaq ki, FİFA onun Azərbaycan millisində oynamasına razılıq verib.

Həmin kateqoriyadan