“Dəniz Yılmazın 2 qolla birlikdə üzərindəki stress və basqını attığını düşünürəm”

Türkiyənin “Bursaspor” klubunun mətbuat xidmətinin rəhbəri Suad Paçacı, Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın uzun müddətdən sonra, Superliqanın son turunda “Rizəspor”la oyunda 2 qol vurmasına münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, o, futbolçumuzun şəninə tərif deyib:

“Komandada daşlar yerinə oturmağa başladı. Zədəsi sağalan Dəniz Yılmaz qol vura bilməməyinin də verdiyi streslə istənilən performansı göstərə bilmirdi. Mən də daxil olmaqla əksər “Bursaspor”lu onun bu tur istirahət edəcəyini düşünürdük.

Ancaq baş məşqçilik komandasına və oyunçusuna güvənmək deməkdir. Hamza Hamzaoğlu da bəzi matçlarda yaxşı performans sergiləyə bilməməsinə rəğmən, Yılmaza güvəndi və nəticə ortadadır. Dənizin 2 qolla birlikdə üzərindəki stress və basqını attığını düşünürəm”.

Həmin kateqoriyadan