Dadaşovun komandası ikinci oldu

Almaniyanın cənub-qərb regional liqasında mövsümün sonuncu – 34-cü turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun komandası – “Saarbryuken” də son matçına çıxıb.

Sözügedən klub səfərdə “Vormatia Vorms”la qarşılaşıb. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Rüfət bu oyunun 71-ci dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, “Saarbryuken” 69 xalla mövsümü 2-ci pillədə başa vurub. Bu üzdən də sözügedən komanda daha yüksək liqaya yüksəlmək üçün pley-off oyunlarında qarşılaşmaq hüququ qazanıb.

Həmin kateqoriyadan