Daha 1 il MLS klubunda

Daha 1 il MLS klubunda

“Vankuver” hücumçu Tomas Müllerin müqaviləsinin müddətini uzadıb.

Allsport.az xəbər verir ki, Almaniya milli komandasının sabiq üzvü ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Tomas Müller 2025-ci ilin yayında “Bavariya”dan ayrıldıqdan sonra azad agent statusu ilə “Vankuver”ə keçib. 37 yaşlı futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 32 rəsmi matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan