- Baxış sayı: 33
- 22 İyun 2026 15:42
- Baxış sayı: 122
- İyun 25, 2026
- 0

Bolqarıstan paytaxtı Sofiyada gənc boksçuların Avropa birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 3-cü günündə Azərbaycan millisinin daha 2 üzvü çıxışını qələbə ilə başa vurub.
Bunlar Amin Məmmədzadə (51 kq) ilə Sərxan Budaqovdur (80 kq). Öncə Daniel Xolostenko (71 kq), Kənan Babayev (48 kq) və Fətəli İsmayılov (86 kq) 1/4 finala vəsiqə qazanıb.