DÇ-2014
Daha 2 xanım boksçumuz 1/8 finala aldadı

Koreyanın Jeju şəhərində qadınlar arasında boks üzrə dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün rinqə çıxan 3 boksçumuzdan ikisi qələbə qazanıb. 54 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova Meksika təmsilçisi Sosa Paredes Denia Karinanı məğlub edib. Milli komandamızın üzvü 1/8 finalda irlandiyalı Mikaela Volşla üz-üzə gələcək.

Yana Alekseyeva (60 kq) dünya çempionatında ikinci görüşünü də qələbə ilə başa vurub. Boksçumuz bu dəfə Almaniya nümayəndəsi Taşenaa Buqarı mübarizədən kənarlaşdırıb. Alekseyeva 1/8 finalda Ukrayna idmançısı Yuliya Tsiplakova ilə qarşılaşacaq.

48 kq çəki dərəcəsində çıxış edən Əzizə Abbasova isə ilk görüşdə rusiyalı Zoya İsayevaya uduzaraq, dünya çempionatından kənarda qalıb.

Qeyd edək ki, Əlimərdanova və Alekseyevadan qabaq Yelena Vıstropova da 1/8 finala vəsiqə əldə etmişdi. Dünya çempionatına noyabrın 24-də yekun vurulacaq.

Həmin kateqoriyadan