Daha 3 çəkidə 1/4 finalçılar

Gənc boksçuların Azərbaycan birinciliyində III günün döyüşləri başa çatıb. Allsport.az saytı xəbər verir ki, 50 komandanın 176 idmançısının qatıldığı yarışda bu gün 6 çəki dərəcəsində 36 qarşılaşma keçirilib. Dünən döyüşlərdən sonra 48, 51, 54 kq çəki dərəcələrində yarımfinala yüksələn boksçular bəlli olub. 63,5, 67 və 71 kq çəki dərəcələrində isə 1/4 yarımfinalçılar müəyyənləşib.

Görüşlər milli üzvləri üçün uğurlu alınıb. Elgün Babayev (51 kq), Zaur Qəhrəmanov (63,5), Səid Abdullayev və Qulu Quliyev (hər ikisi 67 kq) mərhələ adlayıblar. Yeniyetmələrdən gənclərə keçən Ramal Yolçuyev, Kənan Babayev (hər ikisi – 48 kq), Mahir Süleymanov (54 kq), Fuad Babayev və Sənan Hətəmov (71 kq) da rinqdən üstün ayrılıblar. 

Sabah təşkil olunacaq birinciliyin IV günündə 32 görüş olacaq. Boks Mərkəzində keçirilən döyüşlər saat 14:00-da başlanacaq. Pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən yarışa fevralın 16-da yekun vurulacaq.

Həmin kateqoriyadan