Daha bir Avropa ölkəsi Rusiyaya görə boks üzrə dünya çempionatını boykot edir

Rusiyalıların bayraq və himnlə iştirakı ilə bu il keçiriləcək boks üzrə dünya çempionatının boykotuna Polşa da qoşulub. Allsport.az saytı xəbər verir ki, Polşa boks assosiasiyasının vitse-prezidenti Maçey Demel vəziyyətə belə aydınlıq gətirib: “Biz hərəkətlərimizdə ardıcılıq. Rusiya və Belarus vətəndaşlarının iştirak edəcəyi yarışları boykot etmək qərarına gələnlər arasında biz 1-ci olduq”.

Öncə məlum olmuşdu ki, İsveç, Çex Respublikas və Böyük Britaniya da daxil olmaqla, bir neçə digər Avropa ölkəsi, həmçinin ABŞ və Kanada mötəbər yarışı buraxmaq qərarına gəliblər. “Dünya çempionatında iştirak təkcə Beynəlxalq olimpiya komitəsinin vralın 2-də təsdiq edilmiş sanksiyalarını deyil, həm də ədalətli oyun və şəffaflıq prinsiplərini pozacaq”, – ABŞ öz mövqeyini izah edib.

Ötən ilin oktyabrın 5-də Beynəlxalq boks assosiasiyası Rusiya və Belarusun qurumun himayəsi ilə keçirilən beynəlxalq yarışlara qəbul edib. İdmançılara dövlət bayraqları altında çıxış etməyə icazə verilir və onlar qalib gələrsə, dövlət himni səsləndiriləcək.

Dünya çempionatı 1-14 mayda Özbəkistan paytaxtı Daşkənddə keçiriləcək.

Həmin kateqoriyadan