Daha iki boksçu mərhələ adladı

Daha iki boksçu mərhələ adladı

Çex respublikasının Ostrava şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatı davam edir. 

Allsport.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın daha 2 boksçusu qələbə qazanıb.

50 kq-da Bilalhəbaşi Nəzərov adını 1/4 finala yazdırıb. Boksçumuz Kurt Makintireni (İrlandiya) məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:24, 30:27). O, növbəti görüşündə Maksim Şlyakovi (Ukrayna) ilə üz-üzə gələcək. Döyüş oktyabrın 4-də olacaq. 

Zidan Hümbətov (55 kq) isə Ahmet Yılmazdan (Türkiyə) güclü olub. Təmsilçimiz rəqibini 5:0 (28:27, 29:26, 29:26, 30:25, 29:26) hesabı ilə məğlub edib. Hümbətov 1/4 finalda Saşa Menkaroni (İtaliya) ilə döyüşəcək. Görüş oktyabrın 5-də keçiriləcək.

Avropa çempionatına oktyabrın 9-da yekun vurulacaq.

Həmin kateqoriyadan