Daha iki boksçu yarışa qələbə ilə başladı

Daha iki boksçu yarışa qələbə ilə başladı

Rumıniyada gənc boksçular arasında “Drakula Open” beynəlxalq turniri davam edir.

Allsport.az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan komandasının daha 2 idmançısı qələbə qazanıb.

Ölkə təmsilçilərindən Nihad Qasımov (51 kq) 1/8 finalda Kristian Serbanı (Rumıniya) sınağa çəkib. Görüş Nihadın 5:0 (29:27, 29:27, 30:26, 30:26, 30:26) hesablı qələbəsi ilə başa çatıb. Qasımov 1/4 finalda ilk mərhələdən azad olan Maksim Maşevki (Ukrayna) ilə üz-üzə gələcək.

Zidan Hümbətov (54 kq) da turnirə qələbə ilə start verib. O, rumıniyalı Emzar Qransianı ilk raundda tam üstünlüklə məğlub edib. Hümbətov 1/4 finalda Roman Spakla (Moldova) qarşılaşacaq.

“Drakula Open”də final döyüşləri fevralın 23-də olacaq.

Həmin kateqoriyadan