- Baxış sayı: 36
- 18 İyul 2025 20:10
- Baxış sayı: 176
- İyul 17, 2025
- 0
Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə dünya kubokunda 1/4 finala yekun vurulub. Azərbaycan yığmasının daha 2 boksçusu bu mərhələni qələbə ilə bitirib.
Allsport.az xəbər verir ki, milli üzvlərindən Məhəmmədəli Qasımzadə (60 kq) Yohan Aquera (Dominikan Respublikası) ilə qarşılaşıb. Boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, yarımfinalda braziliyalı Luis Qabriel do Naskimento ilə döyüşəcək.
Məhəmməd Abdullayev (+90 kq) isə Taeunq Yudan (Cənubi Koreya) güclü olub. Dünya çempionatının mükafatçısı da 5:0 (29:26, 29:26, 29:26, 29:25, 29:26) hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə qazaxıstanlı Aybəy Oralbəylə üz-üzə gələcək.
Daha öncə Sübhan Mamedov (50 kq) da adını yarımfinala yazdırıb. Təmsilçimiz bu mərhələdə qazaxıstanlı Səncər Daşqınbəyi sınağa çəkəcək.
Yarımfinala yüksəlməklə bürünc medalı təmin edən boksçularımız final uğrunda görüşə iyulun 5-də rinqə çıxacaqlar.