- Baxış sayı: 50
- 08 Noyabr 2026 23:01
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Uzun müddətli zədədən sonra yaşıl meydanlara qayıdan “Qarabağ”ın futbolçusu Dani Kintana dünən “Neftçi”yə 3:1 hesablı qalib gəldiyi matçın 86-cı dəqiqəsində zədələnərək meydanı vaxtından əvvəl tərk etdi.
Allsport.az saytı xəbər verir ki, bu gün ispaniyalı yarımmüdafiəçi MRT müayinəsindən keçib. Onun sol ayağında əzələsinin dartılması müəyyən edilib. Bu səbəbdən, Dani təxminən 3 həftə sonra məşqlərə start verəcək.