Daniel Seqoviya: Aqressiv olub, qələbə qazanmaq lazımdır

“Neftçi” premyer liqasının 18-ci turunda “Sumqayıt” klubu ilə oyunun hazırlığını başa vurub. Allsport.az saytı xəbər verir ki, komanda “Bakcell arena”da məşq edib. Çalışmalardan sonra hücumçu Daniel Seqoviya “Neftçi” TV-yə açıqlama verib:

İnter”ə qalib gələndən sonra komandada özünəinam yaranıb. Sabahkı oyunda bunun bizə çox köməyi dəyəcək. Əvvəlki oyuna hazırlaşdığımız kimi, bu görüşə də yaxşı hazırlaşmışıq. Aqressiv olub, qələbə qazanmaq lazımdır.

Azarkeşlər nəticədən asılı olmayaraq özünü yaxşı tərəfdən göstərib sonadək vuruşan bir komandanı dəstəkləməlidirlər. Biz də çalışacağıq ki, 100 faiz yox, 200 faiz gücümüzü qoyub azarkeşlərin bizə olan inamını daha da artıraq”.

Həmin kateqoriyadan