Danışılmış oyunlarla bağlı növbəti seminar

Azərbaycan I liqasında çıxış edən “Qaradağ Lökbatan” klubunun U-17 komandasına danışılmış oyunlarla bağlı seminar keçirilib.

Allsport.az.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Lökbatan olimpiya idman kompleksində reallaşan tədbirdə, UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.

Həmin kateqoriyadan