Dario Federiko ilə Aleksandr Dedovun oynamasına əngəl qalnayıb

“Kəpəz” və “Zirə” klublarının yeni aldıqları futbolçuların lisenziya çatışmamazlığı yoluna qoyulub. Allsport.az saytı xəbər verir ki, Gəncə klubu Dario Federikonu, paytaxt təmsilçisi isə Aleksandr Dedovu sifariş ərizəsinə daxil etməkdə əngəllə üzləşmişdi.

Amma bu gün onlarla problem aradan qaldırılıb. Bu barədə Peşəkar Futbol Liqasının yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, Federiko “Kəpəz”də 91, Dedov isə “Zirə”də 9 nömrəli forma altında çıxış edəcək.

Həmin kateqoriyadan