- Baxış sayı: 21
- 24 Sentyabr 2026 19:51
- Baxış sayı: 237
- Sentyabr 23, 2026
- 0
“Səbail”in müşahidə şurasının heyətində dəyişiklik baş verib. Allsport.az saytı xəbər verir ki, komandanın fəaliyyətə başladığı ilk günlərdən MŞ-in üzvü olan Təbriz Həsənov və Tural Əsədov rəhbərliyə müraciət edərək, işlərinin çoxluğu səbəbindən qurumdan xaric olunmalarını xahiş ediblər.
“Səbail” rəhbərliyi müraciətləri müsbət dəyərləndirərək, klub adından bu şəxslərə səmərəli fəaliyyətlərinə görə təşəkkürünü bildirib, gələcək işlərində uğurlar arzulayıb.
Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov və Bakıda fəaliyyət göstərən “Mançester Yunayted Futbol Məktəbi”nin məşqçisi Cahangir Həsənzadə müşahidə şurasının üzvü təyin olunublar.