Dino Ndlovu: “Neftçi” oyuna çox yaxşı motivasiya ilə çıxmışdı

Dünən “Qarabağ” öz meydanında “Neftçi” klubu ilə 1:1 hesablı heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, bu gərgin görüşdən sonra son ölkə çempionunu hücumçusu Dino Ndlovu matç barədə öz fikrini bildirib:

“Neftçi”ylə oyunda iki xal itirdik. Çünki öz meydanımızda oynayırdıq. “Neftçi” – “Qarabağ” matçı Azərbaycan üçün derbi sayılır və əhəmiyyətli bir oyundur. Fikrimcə, “Neftçi” hər zaman yaxşı komanda olub. Rəqib heyətinə yeni futbolçular cəlb edib. Oyuna çox yaxşı motivasiya ilə çıxmışdılar. Artıq növbəti oyunları düşünməliyik.

“Qarabağ” böyük komandadır və bura həmişə yeni futbolçular gəlir. Komandaya cəlb edilən futbolçularda yaxşı keyfiyyətlər axtarılır. Yəqin ki, məndə də bu keyfiyyətləri görüblər və transfer ediblər. Mən də etimadları doğrultmağa çalışıram”.

Həmin kateqoriyadan