Dino Ndlovu: “Qarabağ”a və Azərbaycan xalqına minnətdaram

Çinin “Xançjou Qrintaun” klubuna keçən Dino Ndlovu “Qarabağ”a və Azərbaycan xalqına təşəkkür ünvanlayıb. Allsport.az saytı xəbər verir ki, o, “Tvitter” hesabında belə bir paylaşım edib:

“Nəyə qadir olduğumu göstərmək üçün mənə şərait yaratdığı üçün “Qarabağ”a, qonaqpərvərlik və hörmətə görə Azərbaycan xalqına minnətdaram.

Siz həmişə qəlbimdə qalacaqsız. Klubumu dəyişməyim Allahın işidi. Artıq bütün diqqətimi və enerjimi “Xançjou Qrintaun” üçün yönəldəcəm”.

Həmin kateqoriyadan