Dino Ndlovu: Qurban Qurbanov müqavilənin uzadılmasını istəmirdi

Çinin “Hançjou Qrintaun” klubunun yeni transferi Dino Ndlovu “Qarabağ”dan ayrılma səbəbini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, 28 yaşlı hücumçu xarici mətbuata müsahibəsində, ən yaxşı qərarlarından birini qəbul etdiyini bildirib. Dino bu addımı ailəsi və özünün gələcəyi üçün atdığını qeyd edib. O, transferinə maliyyə təhlükəsizliyi tələbatının səbəb olduğunu söyləyib:

“Qarabağ”ı tərk etmək istəmirdim. Amma müqaviləmin müddəti bitmək üzrə idi. Baş məşqçimizlə (Qurban Qurbanovla – red.) yeni müqaviləyə dair söhbət etdikdə hiss etdim ki, o, anlaşmamın uzadılmasını istəmir. Hərçənd, oradakı digər futbolçuların sözləşmələri uzadılırdı. Mən özüm və ailəmlə bağlı realist olmalı idim. Gələcəyimin təhlükəsizliyini təmin etmək istəyirdim. Çünki mən gəncləşməyə doğru getmirəm. Nəticədə bu imkandan yararlanaraq, Çinə üz tutmağı qərara aldım”.

Futbolinfo.az xəbər verir ki, cənubi afrikalı forvard “Hançjou Qrintaun”dakı hədəfləri və hazırkı durumundan da danışıb: “Hələlik, Çində vəziyyətim yaxşıdı. Şikayətlənə bilmərəm. Yüksəkliyə və yuxu rejiminə uyğunlaşmağa çalışıram. Şəxsi hədəfim isə heç vaxt dəyişməyib. “Qarabağ”dakından da yaxşı oynamağa, klubumun Super Liqaya qayıtmasına və daha çox qol vurmağa çalışacağam”.

Həmin kateqoriyadan