Dino Ndlovu: Təəssüf etdiyim məqam, qol vura bilməməyimdir

“Qarabağ”ın hücumçusu Dino Ndlovu Premyer liqanın 9-cu turunda “Neftçi” klubuna qalib gəldikləri (2:0) oyundan danışıb. Allsport.az saytı xəbər verir ki, CAR-lı hücumçu qələbəyə belə şərh verib:

“Hər oyunda bütün gücümü ortaya qoyuram. Fərqi yoxdur, start heyətində mübarizəyə başlayım, ya sonradan. Təəssüf etdiyim məqam, qol vura bilməməyimdir. Amma statistikaya nəzər salsaq, görərik ki, qaçıram, qol ötürmələrim var, komandama kömək edirəm.

Uyğunlaşdığımı da deyə bilərəm. Sadəcə, istədiyim qolları hələ vura bilmirəm. Zamanla bunun da qaydasına düşəcəyini əminəm”.

Həmin kateqoriyadan